Tarixdə ilk plastik cərrahiyyə əməliyyatı İngiltərədə edilib.
Lent.az xəbər verir ki, Birinci Dünya Müharibəsinin qurbanı olan Valter Yeo dəhşətli bir qəza keçirir. Nəticədə üzü ağır yaralar və xəsarətlər alır. Yeo, 1916-cı ildə gəmilərdən silahları çıxararkən faciəvi toqquşma yaşayır. Nəticədə həm yuxarı, həm də aşağı göz qapaqlarını itirir.
İngilis əsgərinə qayğı göstərmək və onu müalicə edərək, göz qapaqlarını bərpa etmək həkim Harold Gilies tərəfindən həyata keçrilir. Gilies Yeonun göz qapaqlarını bərpa etmək üçün onun üzünə maska şəkilli bir dəri implantasiya edir. Bu yolla Gilies dərini zərər görməmiş ərazilərdən zədələnmiş bölgələrə köçürən ilk həkim olaraq tarixə düşür.
Sərgilərindən birində Valter Yoenin rəsimlərindən istifadə edən rəssam Paddu Hartley bu sözləri deyir: "Bu faciəli hadisə katalizator rolunu oynadı və plastik cərrahiyyə tətbiqlərini nizamlı bir şəkildə tədris etdi. Bu təcrübədən sonra Harold Gilies yüzlərlə müharibə qurbanının qorxunc üzlərindən qurtulmasına kömək etdi''.
Bu hadisə doğurdan da böyük maraqlara səbəb olur və həkimin uğurla həyata keçirdiyi əməliyyat bundan sonra üçün bir ümid olur.
Bu gün çoxlarının müraciət etdiyi plastik əməliyyatlar nəinki asanlaşıb, hətta insanlarda qorxu hissi də yaratmır.