TƏBİB tələbə və könüllülüləri koronavirusla mübarizəyə qoşulmağa dəvət edir.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib: “Əziz tibb tələbələri və rezidenlər! Koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq və yeni biliklər qazanmaq istəyirsinizsə, aşağıdakı linkdə qeydiyyatdan keçərək bizə qoşula bilərsiniz”.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeGcImK3EogaAB2CTW186RbhvrvtHExLDMffxRhE_bR3kdsOA/viewform
Qeyd edək ki, könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.
Könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər.