Dünya son 20 ildə bir çox epidemiya ilə mübarizə aparıb.
Lent.az xəbər verir ki, onlardan SARS, Quş qripi, Donuz qripi, Ebola kimi viruslar qısa vaxtda bir çox ölkələrə yayılıb.
Dünya 2000-2020-ci illər arasında 2-si böyük olmaqla 6 epidemiya ilə üzləşdi.
Bunlar SARS, Quş qripi, Donuz qripi, MERS, Ebola ve Zikadır.
Bu viruslar nəticəsində yaranan xəstəliklərin bir çoxunun müalicəsi hələ də tapılmayıb. Onların arasında ən çox ölüm Donuz qripi və Ebola epidemiyasından baş verib.
2003-cü ildə dünya SARS virusu ilə sarsıldı. 37 ölkədə yayılan virus 8 min 422 insana yoluxdu, 916-sı öldü. Virusun peyvəndi və dərman müalicəsi hələ də tapılmayıb.
2005-ci ildə ortaya çıxan Quş qripi isə 61 ölkəyə yayıldı. Virusa yoluxan 5 min insandan 245-i dünyasını dəyişdi. Hələ də virusun peyvəndi tapılmayıb. 2009-cu ildə isə son 50 ilin ən böyük epidemiyası sayılan Donuz qripi yayılıd. Bu virusdan 18 min 500 insan öldü. Virusun peyvəndi və dərman müalicəsi tapılaraq qarşısı alındı.
2012-ci ildə isə ortaya MERS çıxdı. İlk olaraq Səudiyyə Ərəbistanında yayılan virus həmin ölkədə 412 insanı öldürdü. Digər ölkələrlə bağlı dəqiq rəqəm ortada yoxdur. Bu virusun da peyvəndi tapılmayıb.
2013-cü ildə Qərbi Afrikada Ebola yayılmağa başladı. 28 min 638 insana yoluxan virus 11 min insanın həyatına son qoydu. Hələ də virusa qarşı vaksinin üzərində iş aparılır.
2015-ci ildə isə Zika virusu ortaya çıxdı. Braziliyada yayılan virus hamilə qadınlara təsir edərək uşaqların kiçik baş xəstəliyinə yol açdı. 3500-dən çox uşağa bu diaqnoz qoyuldu.
Qeyd edək ki, hazırda dünya ötən il meydana çıxan və minlərlə insanın həyatına son qoyan yeni növ koronavirusla mübarizə aparır.