Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin şənbə günü sərt karantin rejimi tətbiq olunmayacaq. Görəsən, həmin gün hansı obyektlərin fəaliyyətinə icazə veriləcək?
Lent.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, fəaliyyətinə icazə verilən bütün ictimai iaşə obyektləri təyin olunan iş qrafikində işləyəcək:
“Operativ Qərargahın keçirdiyi brifinqdə həftənin şənbə günü sərt karantin tətbiq edilməyəcək. Həmin gün insanların istirahətini təmin etməsinə heç bir maneə yaranmayacaq. Fəaliyyətinə icazə verilən bütün ictimai iaşə obyektləri təyin olunan iş qrafikində işləyəcək. Bu obyektlərə isə yalnız karantin qaydalarına əməl etməklə daxil olmaq və içəridə həmin qaydalara riayət etmək tövsiyə olunur”.
Qeyd edək ki, iyunun 14-ü saat 0:00-dan, iyunun 16-ı saat 6:00-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, həmçinin Abşeron, Kürdəmir, Yevlax, İsmayıllı və Salyan rayonlarında sərt karantin rejimi tətbiq olunacaq.