Şagirdlərin elektron yerdəyişməsi yenidən başlayır
08 oktyabr 2020 17:49 (UTC +04:00)

Şagirdlərin elektron yerdəyişməsi yenidən başlayır

Oktyabrın 15-i saat 11:00-dan şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

# 823
avatar

Aygün İbrahimli

Oxşar yazılar