Sabahın hava PROQNOZU
18 oktyabr 2020 12:00 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub küləyi əsəcək.

 Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 761mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

 Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  15-20 dərəcə  isti olacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar