Rusiyadan daha 150 vətəndaşımız gəldi
17 iyun 2020 13:59 (UTC +04:00)

Rusiyadan daha 150 vətəndaşımız gəldi

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) daha 150 Azərbaycan vətəndaşının ölkəyə qayıtmasını təmin etmək üçün Moskvadan Bakıya çarter reysi yerinə yetirib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 12:00-da havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.

Qeyd edək ki, dünən 155 Azərbaycan vətəndaşı Dağıstan sərhədindən avtobuslarla Vətənə gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2485
avatar

Oxşar yazılar