Rusiyadakı soydaşlarımız Azərbaycana necə qayıda bilərlər? - RƏSMİ CAVAB
16 aprel 2020 17:18 (UTC +04:00)

Rusiyadakı soydaşlarımız Azərbaycana necə qayıda bilərlər? - RƏSMİ CAVAB

“Son günlər bəzi vətəndaşlarımızın Samur keçid məntəqəsində aidiyyəti orqanların fəaliyyətinə maneə yaratmaq cəhdləri kimi arzuedilməz hallar baş verib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, xaricdə olan vətəndaşlarımız başa düşür ki, həyata keçirilən tədbirlər ailə üzvlərinin, qohumlarının sağlamlığının qorunması üçün həyata keçirilir: “Xaricdəki vətəndaşlarımızın mütləq əksəriyyəti tərəfindən bu tədbirlər yüksək dəyərləndirilir, anlaşılan qarşılanır. Ancaq müstəsna hallar da olur. Sərhəd keçid məntəqələri qarşısında toplanma, sosial şəbəkələrdə çıxışlar yolverilməz hallardır. Ona görə də Rusiyadakı soydaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Qarşıdakı günlərdə portal aktiv fəaliyyətə başlayacaq. Bu portal Rusiyadakı soydaşlarımız üçün nəzərdə tutulub. Rusiyadakı soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq. 200-400 sayda Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonra 5 gün portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə qayıdış təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1246
avatar

Oxşar yazılar