Rusiyanın Federal Tibbi-bioloji Agentliyi də koronavirusun ağır formasının müalicəsinə dair kliniki tədqiqatlara başlayır. Tədqiqatların sxemi “Dalargin” preparatı əsasında hazırlanıb.
Lent.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, sınaqlar zamanı dərman ağ ciyərlərində şiş olan heyvanların sağalmasına imkan verib. Bu, mütəxəssislərə insanlar üzərində sınaqların əlverişli nəticələrinə dair ümidlər vəd edir.
Qeyd edək ki, “Dalargin” preparatı hazırda mədə və onikibarmaq bağırsağın yarasının kəskin mərhələsinin, həmçinin kəskin pankreatitin müalicəsi zamanı istifadə olunan Rusiya istehsalı preparatdır.