Ramin Bayramlı: "Əhalinin qaydalara əməl etməsi çox böyük töhfə verib"
24 aprel 2020 19:25 (UTC +04:00)

Ramin Bayramlı: "Əhalinin qaydalara əməl etməsi çox böyük töhfə verib"

"Tibbi-təchizat ən vacib məsələlərdən biridir. Ölkəmizdə dərman vasitələri, tibbi cihaz və avadanlıqlarla bağlı heç bir problemimiz yoxdur". 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, virusla mübarizə üçün ölkədə qoruyucu maskaların istehsalına başlanıb: "Prezident və Birinci vitse-prezidentin iştirakı ilə həmin müəssisənin açılışı olub və maska qıtlığı aradan qaldırılıb. Virusla bağlı fəaliyyət göstərən həkimlərimizin sosial müdafiəsi ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının göstərişi ilə həkimlərin  sosial müdafiəsinin  artırılması ilə dövlət müəssisələrində çalışanların əmək haqqının 3-5 misli qədər əlavələr müəyyən edilib. Bu gün Operativ Qərargah müəyyən qərarlar qəbul edib. Əhalinin qaydalara əməl etməsi çox böyük töhfə verib. Virusun qarşısının alınması üçün çevik tədbirlər görülüb, dövlət sərhədləri bağlanıb, sosial izolyasiya tədbirləri davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376
avatar

Oxşar yazılar