Qanunsuz ov edənlər cərimələndi
13 fevral 2020 13:26 (UTC +04:00)

Qanunsuz ov edənlər cərimələndi

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşlar Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində  icazəsiz ov edənləri saxlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri  Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Aygün İbrahimli

Oxşar yazılar