Psixoloji yardımla bağlı FHN-nin qaynar xəttinə müraciətlərin sayı AÇIQLANDI
11 avqust 2020 11:04 (UTC +04:00)

Psixoloji yardımla bağlı FHN-nin qaynar xəttinə müraciətlərin sayı AÇIQLANDI

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, növbəlilik əsasında 24 saat fasiləsiz xidmət aparan nazirliyin xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi psixoloji yardım göstərirlər. Ötən müddət ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 1400-dən çox müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd vətəndaşları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar Nazirliyin “112” qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1333
avatar

Oxşar yazılar