Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
16 aprel 2020 17:11 (UTC +04:00)

Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

 

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Oxşar yazılar