Pandemiya dövründə Azərbaycanda bu qədər zəlzələ baş verib
21 may 2020 14:17 (UTC +04:00)

Pandemiya dövründə Azərbaycanda bu qədər zəlzələ baş verib

Azərbaycanda koronavirus pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xıdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.

O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib: “Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.

Xidmət Mərkəzinin baş direktoru pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında danışarkən bildirib ki, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750
avatar

Aygün İbrahimli

Oxşar yazılar