Orqanizmi bütün viruslardan qorumaq üsulu tapıldı
13 fevral 2020 19:54 (UTC +04:00)

Orqanizmi bütün viruslardan qorumaq üsulu tapıldı

ABŞ-ın Massaçusets ştatında yerləşən xəstəxana və Almaniyada Heydelberqdəki Xərçəng üzrə Tədqiqatlar Mərkəzinin alimləri virus xəstəliklərinin müalicəsində böyük irəliləyiş əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatına görə, mütəxəssislər unikal antivirus xüsusiyyətlərinə malik AG04 adlı zülal aşkar ediblər.

Beynəlxalq alimlər qrupunun son tədqiqatı göstərib ki, AGO4 somatik hüceyrələrdə antivirus təsirinə malikdir. Orqanizmin viruslara qarşıdurma qabiliyyətində bu zülalın rolu böyükdür.

Tədqiqat qrupunun rəhbəri Keyt Ceffrinin sözlərinə görə, əsas məqsəd eyni zamanda bir neçə virusa qarşı effektli olan müalicə metodları yaratmaq üçün immun sisteminin necə işlədiyini bilməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576
avatar

Aygün İbrahimli

Oxşar yazılar