Nəqliyyatdakı sıxlığa görə iş saatları dəyişdirilə bilər - Aparat rəhbəri
12 iyun 2020 18:33 (UTC +04:00)

Nəqliyyatdakı sıxlığa görə iş saatları dəyişdirilə bilər - Aparat rəhbəri

Pik saatlarda ictimai nəqliyyatda sıxlıq olduğu üçün iş vaxtlarına dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirilib. 

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri Elgin Həbibullayev bildirib ki, Operativ Qərargahda bu məsələyə baxılır:

“Ola bilər, müvafiq qərar qəbul olunsun ki, təşkilatlar müxtəlif vaxtlarda, yəni qrafik üzrə işə başlasın. Məsələn, hansısa təşkilat saat 9-da yox,  8-də işə başlasın, digər təşkilat 10-da işə başlasın. Ola bilər ki, belə qərar verilsin. Hazırda bu məsələ müzakirə olunur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2542
avatar

Oxşar yazılar