Nazirlik "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərlə bağlı məlumata münasibət bildirdi
18 aprel 2020 13:28 (UTC +04:00)

Nazirlik "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərlə bağlı məlumata münasibət bildirdi


Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur: "Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır". 

Qeyd edək ki, bəzi məktəb durektorları tərəfindən "Vurtual məktəb" layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9007
avatar

Oxşar yazılar