Nazirdən qəzada ölən tələbələrlə bağlı MÜNASİBƏT
30 noyabr 2020 12:12 (UTC +04:00)

Nazirdən qəzada ölən tələbələrlə bağlı MÜNASİBƏT

0

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Bakının Xətai rayonunda baş verən ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələrlə bağlı paylaşım edib.

Lent.az məlumat verir ki, nazir paylaşımda bunları bildirib:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır.  Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2647

Oxşar yazılar