Bərdədə aztəminatlı ailələrə ərzaq yardımı edilib.
Lent.az-ın məlumatına görə, Rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 600-dən artıq tənha və kimsəsiz ahılların, aztəminatlı ailələrin evləri ziyarət olunub və həmin ailələrə ərzaq yardımları edilib. Həmçinin karantin dövründə Bərdədən seçilmiş millət vəkilləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, sahibkarlar, könüllü yardım edən xeyirxah insanlar tərəfindən rayon ərazisində yaşayan 2000-ə yaxın ailəyə ərzaq yardımı edilib.
Millət vəkilli Fatma Yıldırım 200 ailəyə, millət vəkili Zahid Oruc 41 ailəyə, YAP Bərdə rayon təşkilatı 52 ailəyə, Bravo supermarket 332 ailəyə, Bərdə Çörək zavodunun direktoru Məhərrəm Şəfiyev 150 ailəyə, 43 nömrəli Yol İstismar MMC-nin direktoru İlham Əzimov 26 ailəyə, Qarabağ Çörək zavodunun direktoru Füzuli İsmayılov 50 ailəyə, Qaradəmirçi kənd İcra nümayəndəliyi və Qaradəmirçi kənd tam orta məktəbi 20 ailəyə, İkram Ziyadov 11 ailəyə, Sübhan Həsənov 26 ailəyə, Rəfael Əhmədov 150 ailəyə, Elşən Mustafayev 320 ailəyə, Şamxal Ədilzadə 250 ailəyə, Vidadi Əliyev 160 ailəyə, Elnur İslamov 40 ailəyə, Vaqif Süleymanov 60 ailəyə, Babək Piriyev 23 ailəyə ərzaq və maddi yardımlar etmişlər.