2019-2020-ci tədris ili – Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil
Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.
İcma əsaslı məktəbəqədər təhsil qrupları 2019-2020-ci tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.
Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.