Koronavirusu 29 dəqiqəyə müəyyənləşdirmək mümkün olacaq
10 mart 2020 10:46 (UTC +04:00)

Koronavirusu 29 dəqiqəyə müəyyənləşdirmək mümkün olacaq

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip koronavirusu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki,  Siamen Universitetinin tədqiqat qrupunun hazırladığı analiz dəsti xəstəxanalarda koronavirusa yoluxma şübhəsi olan şəxslərin kliniki müayinəsi zamanı istifadə olunacaq. Koronavirusun episentri olan Uxan şəhərindəki xəstəxanalarda analiz dəstlərinin kliniki sınaqları aparılıb.

Qeyd edək ki, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 814, bu virus səbəbindən ölənlərin sayı isə 3 min 73 nəfərə çatıb. 

Çindən başqa, 90-dan çox ölkədə 20 minə yaxın yoluxma, 360-dan yuxarı ölüm faktı qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Aygün İbrahimli

Oxşar yazılar