Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 64 845 560 nəfərə çatıb.
Lent.az "Worldometers" saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:00-a olan məlumata görə, koronavirusdan 1 499 355 xəstə ölüb, 44 942 114 nəfər sağalıb.
Xatırladaq ki, indiyədək Azərbaycanda ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.