Koronavirusdan qorunmaq üçün bunları edin
03 fevral 2020 14:22 (UTC +04:00)

Koronavirusdan qorunmaq üçün bunları edin

Yeni yayılan ölümcül təsirə malik koronavirusdan qorunmaq üçün insanlar qidalanma və həyat tərzlərinə də diqqət etməli, immunitetlərini gücləndirməlidirlər.

Bu barədə Lent.az-a açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayev qeyd edib ki, ümumiyyətlə, bütün növ virusların qarşısını almaq üçün orqanizmin dirəncinin yüksəldilməsi vacibdir: “Düzgün həyat tərzi keçirmək, zərərli faktorlardan imtina etmək lazımdır. Orqanizmin möhkəmlənməsinə yönəlik tədbirlərin həyata keçirilməsi üçün açıq havada çox olmaq, oturaq həyat tərzindən qaçmaq lazımdır. Kompüter, internet və televiziyanın qarşısında az otumaq da orqanizmin müqavimətinin yüksəlməsinə səbəb olur”.

Baş infeksionist onu da vurğulayıb ki, yazın gəlişi, havanın istiləşməsi koronavirusun yayılmasının qarşısını alacaq: “Koronavirusların istiliyə qarşı davamlılığı yoxdur. Havalar istiləşdikcə koronavurus təhlükəsi aradan qalxır”.

C.İsayevin sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxma faktı hələ ki qeydə alınmayıb: “Xüsusi Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzində, oranın laborotoriyalarında koronavirusa yoluxma ehtimalı olan xəstələr müalicə olunacaq”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, koronovirusla bağlı diaqnostik alətlər dəsti Azərbaycana gətirilib. Səhiyyə Nazirliyinin aıqlamasına görə, ölkəyə gətirilən həmin ləvazimatlar Xüsusu Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzinə verilib.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1993
avatar

Aygün İbrahimli

Oxşar yazılar