Koronavirusa yoluxmanın artmasının səbəbləri  – Harada səhv edirik?
03 noyabr 2020 11:29 (UTC +04:00)

Koronavirusa yoluxmanın artmasının səbəbləri – Harada səhv edirik?

“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə...”

Lent.az-ın xəbərinə görə, bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib.

O, sonra əlavə edib:

“Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər.”

Həkim əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb:

“Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Oxşar yazılar