Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.
TƏBİB mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.
Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanalar aşağıdakılardır:
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Kliniki Tibbi Mərkəz
Azərsu Tikinti Xəstəxanası
Göyçay Rayon Mərkəzi Xəstəxanası
Salyan Rayon Mərkəzi Xəstəxanası
Xızı Rayon Mərkəzi Xəstəxanası
Qusar Rayon Mərkəzi Xəstəxanası
Ucar Rayon Mərkəzi Xəstəxanası
Saatlı Rayon Mərkəzi Xəstəxanası
Zərdab Rayon Mərkəzi Xəstəxanası
Gəncə Dəmiryol Xəstəxanası
Qeyd edilən Xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.