Koronavirus təhlükəsinə görə 4 şəhər və 10 rayona giriş-çıxış bağlanıb
07 noyabr 2020 01:17 (UTC +04:00)

Koronavirus təhlükəsinə görə 4 şəhər və 10 rayona giriş-çıxış bağlanıb

 

Noyabrın 7-si saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı,  İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

# 595
avatar

Oxşar yazılar