“Testin nəticəsi 1 günə çıxır. Amma test sayı çox olduğuna görə burada ləngimələr ola bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, test laboratoriyaya təqdim ediləndə məlum olma müddəti 6 saatdır: “Bir məqamı da deyim. Sərt karantin rejiminin tətbiqi ilə bağlı nəticələr 12 gündən sonra məlum ola bilər. Onu da deyim ki, əgər yoluxma sayları artarsa, karantin rejimi də uzadıla bilər”.