İsgəndər Həmidovun son vəziyyəti AÇIQLANDI: "Ehtiyac olsaydı..."
12 fevral 2020 12:09 (UTC +04:00)

İsgəndər Həmidovun son vəziyyəti AÇIQLANDI: "Ehtiyac olsaydı..."

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a məlumat verən professor Adil Qeybullanın sözlərinə görə, bu gün xəstə yenidən tomoqrafiya olunacaq: “Vəziyyəti ağır olaraq qalır. Müalicəsi davam etdirilir.  Ötən şənbə günü Türkiyədən iki nəfər həkim - neyrocərrah və reanimatoloq gəldi, konsultasiya etdilər. Bizə lazımi tövsiyələr verdilər”.

A.Qeybullanın sözlərinə görə, İ.Həmidovun müalicə üçün başqa ölkələrə aparılması ehtimalı yoxdur: “Onun Türkiyə və ya başqa bir ölkənin xəstəxanasına köçürülməsi gözlənilmir.  Ehtiyac olsaydı, türkiyəli həkimlər tövsiyə edərdilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4675
avatar

Aygün İbrahimli

Oxşar yazılar