İrandan Azərbaycana gələn sürücülər tam nəzarət altındadır - FOTOLENT
06 mart 2020 13:40 (UTC +04:00)

İrandan Azərbaycana gələn sürücülər tam nəzarət altındadır - FOTOLENT

Azərbaycana daxil olan tranzit yüklərin daşınması ilə məşğul olan sürücülərin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilir.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlət başçısının müvafiq tapşırığına əsasən həmin ölkələrdən, o cümlədən İrandan Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin hərəkəti polisin müşayiəti ilə təmin edilir.

Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. İstirahət yerlərində sürücülər DİN-nin hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Mehman Nəbiyev

Oxşar yazılar