Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsinə yenidən qeydiyyat başlayıb.
Bunu Lent.az-a açıqlamasında nazirliyin Təhsilin İnformasiyalaşdırma sı İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
O bildirib ki, qeydiyyatdan keçənlərin sayı 36 mindən artıqdır: "Dəqiq say axşam məlum olacaq. Hələ ki, şagirdlərin qeydiyyatı aparılır. Müəllimlərin prosesə cəlbi növbəti mərhələdə baş tutacaq. Layihəyə qoşulan şagirdlər hələlik dərsləri izləyir, testləri həll edir, bir-birləri ilə əlaqə saxlayırlar".
V.Xanlarov "Virtual məktəb" layihəsinə internet və ya kompüter problemi ilə bağlı qoşulmağın mümkün olmaması problemi ilə bağlı qeyd edib ki, nazirlik bu məsələdə dəstək verə bilmir.
O, layihəyə qoşulmağın könüllü olduğunu da vurğulayıb.