İcbari tibbi sığorta ilə bağlı xəstəxanalarda texniki xidmət necədir? - AÇIQLAMA
11 fevral 2020 14:15 (UTC +04:00)

İcbari tibbi sığorta ilə bağlı xəstəxanalarda texniki xidmət necədir? - AÇIQLAMA

 

2020-ci ilin əvvəlindən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibbi xidmət sahəsində bir sıra yeniliklərə səbəb olan icbari tibbi sığortanın tətbiqinin texniki xidmət sahəsi hansı şəkildə yenilənir? Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiq oldunduğu xəstəxanalarda texniki xidmət sahəsində daha hansı dəyişikliklər nəzərdə tutulur?

Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, ötən ildən tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulmasına başlanılıb: “Tibb müəssisələrinin idarəedilməsi, habelə bura müraciət edən vətəndaşların tibbi məlumatlarının proqram təminatına daxil edilməsi üçün Xəstəxanaların İdarə olunması Sistemi alınıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən bütün tibb müəssisələrində qurulub.

Sistemin istifadəsi ilə bağlı tibb müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib. 240-dan çox qeydiyyatçı seçilib, onlara vətəndaşların ilkin qeydiyyatı, tibbi məlumatların əlavə olunması, stasionar qeydiyyat, TTTY qeydiyyatı, laborator və instrumental diaqnostika, anbar modulu və maliyyə ödənişləri üzrə ayrı-ayrılıqda təlimlər keçirilib. Təlimlərdən sonra əməkdaşların fəaliyyətini izləmək üçün statistik platforma hazırlanıb, qeydiyyatçıların və tibb müəssisələrinin fəaliyyəti dəyərləndirilib, onlar aidiyyəti üzrə məlumatlandırılıblar”.

Agentlikdən qeyd olunub ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqini nəzərə alaraq, prioritet olan 140-dan çox tibb müəssisəsi işin təşkili üçün 3600-dən çox kompüter, printer, barkod aparatlar və digər texniki avadanlıqlarla təmin olunub: “Qeydiyyat nöqtələri təyin olunmuş tibb müəssisələrinin 120-dən çoxunda kabelləşmə işləri tamamlanıb. Tibb müəssisələri optik internetlə təmin olunub.

Tibb müəssisələrində informasiya texnologiyaları sahəsində baş verə biləcək insident və problemlərin qısa zamanda həllini təmin etmək məqsədilə informasiya texnologiyaları dəstək xidməti təşkil olunub. Yuxarıda qeyd olunanlarla yanaşı, icbari tibbi sığorta çərçivəsində xidmət göstərən və mərhələli şəkildə sistemə qoşulacaq tibb müəssisələrində agentliyin monitorinq qrupları fəaliyyət göstərir. Zərurət yarandıqda monitorinq qrupunun rəyinə əsasən tibb müəssisələrinin ehtiyacları üzrə təkmilləşdirmə işlərinə dəstək göstəriləcək”.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1631
avatar

Aygün İbrahimli

Oxşar yazılar