İTV-nin yıxılan əməkdaşının vəziyyəti barədə - RƏSMİ AÇIQLAMA
13 mart 2020 11:04 (UTC +04:00)

İTV-nin yıxılan əməkdaşının vəziyyəti barədə - RƏSMİ AÇIQLAMA

İctimai Televiziya və Radio Yayımları Şirkətinin dünən binadan yıxılan əməkdaşının vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Xəstədə kəllə-beyin travması, sol budun, ümumiyyətlə aşağı ətrafların əzilməsi diaqnozu var.

Qeyd edək ki, martın 12-də təxminən saat 12:40-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yıxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Aygün İbrahimli

Oxşar yazılar