Həftənin ilk gününün  - HAVA PROQNOZU
24 may 2020 13:44 (UTC +04:00)

Həftənin ilk gününün - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin 10-15 m/s, arabir 18-23 m/s olacağı, 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Mayın 25-də havanın temperaturu  Abşeron yarımadasında gecə 12-14, gündüz  20-24, Bakıda  gecə 12-14, gündüz  22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.

Sabah Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 13-17, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10627
avatar

Oxşar yazılar