Koronavirus təhlükəsi ilə əlaqədar olaraq sabahdan “Heydər” məscidində cümə namazları müvəqqəti olaraq dayandırılır.
“Heydər” məscidinin imamı Rüfət Qarayev Lent.az-a bildirib ki, bir neçə müddətdir ki, gündəlik namazlar da camaatla birlikdə yox, gələnlər tərəfindən fərdi şəkildə qılınır: “Camaat ilə qılınan bütün namazlar müvəqqəti olaraq təxirə salınıb. Gələnlər namazlarını fərdi qaydada ya məsciddə, ya da evlərində qıla bilərlər”.
R.Qarayev onu da vurğulayıb ki, məscid sakinlərin üzünə açıqdır və istəyən gəlib namazını fərdi şəkildə qıla bilər.