Güzəştli qaz limitini keçənlərin SAYI
21 oktyabr 2020 10:17 (UTC +04:00)

Güzəştli qaz limitini keçənlərin SAYI

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 9 ayının iqtisadi göstəricilərinə görə bəzi məqamları açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub. Hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.

2019-cu ilin müvafiq dövründən 2020-ci il oktyabrın 1-nə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Oktyabr ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar