Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - FOTO
12 mart 2020 12:11 (UTC +04:00)

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fiziki şəxs Mirzəyeva Səbinə İbiş qızına məxsus quş kəsimi sexinə baxış keçirilib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, sexdə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə quş ətinin emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075
avatar

Aygün İbrahimli

Oxşar yazılar