Gələcəyimiz qabardıldığı qədər də təhlükə altında deyil.
Lent.az Türkiyə mətbuatına istinadla professor doktor Osman Müftüoğlunun açıqlamasını təqdim edir. Deyir mən həmkarlarımdan daha nikbinəm: “Ona görə ki, COVİD-19-la mücadilədə gələcəyin anladıldığı qədər qaranlıq, qorxulduğu qədər təhdid yüklü, qabardıldığı qədər problemli olmadığını düşünürəm.
Sadəcə sosial media özü virus fabrikası kimi çalışır. Uzmanlarımız uzmandan çox azman kimi danışırlar. Dedikləri mətbuatdan götürülüb, sanki. Maarifləndirmək əvəzinə, qorxudurlar.
Mediamızın durumu ürək açan deyil əslində. Xalqa moral vermək əvəzinə əndişə və qorxu yükləyirlər”.
Mən sabaha ümidliyəm. Önəmlər alınır. Tədbirlər görülür. Müalicə artıq müəyyən yol qət edilib. Çində, Amerikada, Almaniyada, Fransada fərqli dərmanlar istifadə edilib, Təcrübə və əldə edilən nəticələr var artıq. Bir çox dərmanlar önəmli nəticələr verir. Həkimlərimiz artıq təcrübə qazandılar”.
Professor bəzi məsləhətlər də verib. Məsələn, xəstə deyilsinizsə, maska taxmağınıza lüzum yoxdur deyir. Bir də yalnız özümüzü düşünməyək, birlikdə bir birimizin qayğısına qalaq. Təcrübədə “Öncə can, sonra canan” deyənlərin canandan əvvəl canından olduğunu görmüşük.