Fərqlənmə nişanı olmayan taksi sürücülərini hansı cəza gözləyir? - RƏSMİ
06 aprel 2020 16:33 (UTC +04:00)

Fərqlənmə nişanı olmayan taksi sürücülərini hansı cəza gözləyir? - RƏSMİ

"Bakıda taksi fəaliyyətinə məhdudiyyət yoxdur".

Bu sözləri Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, son zamanlar taksi fəaliyyəti üçün fərqlənmə nişanı əldə etmək istəyən sürücülərin sayı artıb:

“Əvvəllər bir günə fərqlənmə nişanı üçün 50 nəfər müraciət edirdisə, aprelin ayının 3-də bu rəqəm 500-ə çatdı. Məlumdur ki, onların əksəriyyəti şəhərdə sərbəst hərəkət etmək üçün bu nişandan yararlanmaq istəyirlər. Bundan əlavə, müraciət edənlərin arasında yaşı 65-dən çox olanlar da var”.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də Lent.az-a münasibət bildirərkən taksi fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmadığını bildirib:

“Ümumiyyətlə ölkə üzrə taksi fəaliyyətinə məhdudiyyət yoxdur. Ancaq fərqlənmə nişanı olanlar tksi fəaliyyəti ilə məşğul ola bilərlər. Fərqlənmə nişanı olmayan fərdi taksilər isə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq karantin rejimi qaydalarına riayət etmədikləri üçün cərimə olunacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar