FHN əməkdaşları 750 ailəyə ərzar yardımı çatdırıb - FOTO
18 aprel 2020 12:53 (UTC +04:00)

FHN əməkdaşları 750 ailəyə ərzar yardımı çatdırıb - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, növbəti belə tədbir Bakı şəhərinin Xəzər rayonunda keçirilib. Belə ki, rayon ərazisində yaşayan xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq sosial izolyasiya şəraitində evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347
avatar

Oxşar yazılar