Dövlət hesabına minə yaxın şəxs əməliyyat edilib - RƏSMİ
30 dekabr 2019 14:25 (UTC +04:00)

Dövlət hesabına minə yaxın şəxs əməliyyat edilib - RƏSMİ

Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur.

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib ki, 2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub:

"Onlardan 263-ü uşaqdır. 2019-cu il ərzində 2 075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib.

Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, 2019-cu ildə bu əməliyyatların sayı 119-a bərabərdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar