Dövlət ali məktəblərinin fəaliyyəti üçün YENİLİK
19 iyun 2020 13:29 (UTC +04:00)

Dövlət ali məktəblərinin fəaliyyəti üçün YENİLİK

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

APA-nın məıumatına görə, dəyişiklik “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.

Həmin qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb.

Bununla əlaqədar “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırma xarakterli düzəliş təklif edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4957
avatar

Oxşar yazılar