Dövlət Komitəsindən ailələrə koronavirusla bağlı MƏSLƏHƏT
08 aprel 2020 10:57 (UTC +04:00)

Dövlət Komitəsindən ailələrə koronavirusla bağlı MƏSLƏHƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrə məsləhət verib. 

Lent.az məlumat verir ki, bu barədə komitənin COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, ailələr bu həssas durumda daha dözümlü olmalı, bir-birilərinin qədrini bilməlidirlər:

“İnsana onun ailəsi qədər heç kim, heç nə yaxın və doğma ola bilməz. Azərbaycan ailəsində hər zaman qarşılıqlı anlaşma,  valideynə, böyüyə ehtiram, ailənin hər bir üzvünə qayğı, hörmət, onlar üçün fədakarlıq kimi yüksək mənəvi keyfiyyətlər, mənəvi dəyərlər mövcud olub. Hazırkı situasiya bu xüsusiyyətlərin daha da inkişaf etdirilməsini tələb edir. Bu gün elə bir zamandır ki, hər kəs itirmək qorxusu ilə yaşayır. Sonradan peşiman olmamaq üçün bir-birimizin qədrini bilməliyik, sevgi və məhəbbət göstərməliyik. Çünki həm ailə, həm də dövlət olaraq biz birlikdə güclüyük!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar