Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda millət vəkillərinin arasında mütəmadi olaraq testlər aparılır.
Məlumatda qeyd edilib ki, İyunun 21-də Milli Məclis Apartının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən "COVİD 19" infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.
12:55
Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.
APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.
Qeyd edək ki, dünən deputat Sahib Alıyev APA-ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.