Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi
01 iyul 2020 16:24 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi

polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova

polis general-mayoru ali xüsusi rütbəsi

polis polkovniki Teymur Kamil oğlu Hacıyevə

polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.

# 5152
avatar

Oxşar yazılar