Daha 3 marşrut xətti “BakuBus”a verildi
08 fevral 2020 15:36 (UTC +04:00)

Daha 3 marşrut xətti “BakuBus”a verildi

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 saylı müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, nəticələrə əsasən 11, 30 və 40 saylı müntəzəm marşrut xətləri üzrə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunub. Həmin  marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətini “BakuBus”un həyata keçirməsi mərhələli təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

71 və 199 saylı marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.  

“Sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 saylı müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - BNA-dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573
avatar

Oxşar yazılar

Bu payızda çox xoşbəxt olacaq  BÜRCLƏR

Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR

20 sentyabr 2024 , 18:36
Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

20 sentyabr 2024 , 18:16
7 bal gücündə maqnit qasırğası  yaxınlaşır: XƏBƏRDARLIQ

7 bal gücündə maqnit qasırğası yaxınlaşır: XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 17:05
Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

20 sentyabr 2024 , 16:54
Sabah Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Sabah Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 16:06
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

20 sentyabr 2024 , 15:08
Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

20 sentyabr 2024 , 13:33
Sabah  leysan və qar  yağacaq: HAVA PROQNOZU

Sabah leysan və qar yağacaq: HAVA PROQNOZU

20 sentyabr 2024 , 12:32