DSMF-nin vəzifəli şəxsi saxlanılıb? - RƏSMİ AÇIQLAMA
04 sentyabr 2020 11:46 (UTC +04:00)

DSMF-nin vəzifəli şəxsi saxlanılıb? - RƏSMİ AÇIQLAMA

0

"Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir".

Lent.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub:

"Hazırda iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2270

Oxşar yazılar