Araşdırmalar nəticəsində hər il dünya üzrə 2 milyon uşağın ətraf mühitin çirklənməsi səbəbilə dünyasını dəyişdiyi məlum olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma Terre des Hommes uşaq yardım təşkilatının Almaniya nümayəndəliyində aparılıb.
Araşdırma nəticəsində o da məlum olub ki, uşaqlara təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, həm də inkişaf etmiş ölkələrdə ətraf mühitin çirklənməsi mənfi təsir göstərir.
Tədqiqat zamanı uşaqların cəsədlərində fərqli plastik materiallar da tapılıb.