Çində koronavirus xəstəxanasında qəribə evlilik təklifi
20 aprel 2020 19:32 (UTC +04:00)

Çində koronavirus xəstəxanasında qəribə evlilik təklifi

Çinin Hubey əyalətinin Uhan şəhərində koronavirusa yoluxanlar üçün nəzərdə tutulan xəstəxananın intensiv terapiya şöbəsində iki ay işləyən orta tibb işçisi xanım həmkarına evlənmək təklifi edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 22 yaşlı Hu Çjimin xüsusi olaraq koronaviruslu xəstələr üçün tikilən Leyşenışan xəstəxanasının bağlanış günü əlində gül dəstəsi bir dizi üstə çökərək həmkarı Tszen İninə sevgisini etiraf edib. 

“Sən təkcə xoşuma gəlmirsən, mən həm də səni sevirəm. Sən mənə ərə gələrsən?”, - Çjimin xəstəxananın digər əməkdaşlarının iştirakı ilə sevgilisinə deyib. 
İnin əvvəlcə təəccüblənib, sonradan sualı başa düşərək təklifə razılaşıb. 

Çjimin deyib ki, həmkarına koronavirsa yoluxmuş  pasientlərin xilası üzrə 24 saat fasiləsiz iş zamanı vurulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar