“Xarici dövlətlərdən vətəndaşlarımızla bağlı hansı tələblər olduğunu soruşmuşuq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
A. Məmmədov deyib ki, Ukrayna, Belarus və Qırğızıstan artıq cavab göndərib: “Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcəyini bildirib. Sərnişinləri karantinə götürəcək dövlətlərin bəzilərində isə bu karantinin kimin hesabına olacağı aydın deyil”.