Buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI
10 iyun 2020 13:22 (UTC +04:00)

Buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI

Bu il XI sinfi 80 646 şagird bitirir.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.  

2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897
avatar

Aygün İbrahimli

Oxşar yazılar